Zərif: Trampın Tehran terror aktlarına reaksiyası "nifrət doğuran"dır
İyun 08, 2017 12:40 Asia/Baku
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın Tehran terror hücumlarına reaksiyasını "nifrət doğuran" adlandırıb.
İran xarici işlər naziri cümə axşamı səhər öz Tvitter səhifəsində bir yazı paylaşıb: "İranın Amerikaya bağlı şəxslərin himayəsində olanların terrorçu hərəkətləri ilə mübarizə apardığı bir şəraitdə Ağ Ev tərəfindən yayımlanan bəyanat və ABŞ Senatının sanksiyaları nifrət doğurandır və İran xalqı ABŞ-ın bu kimi dostluq iddiasını qəbul etmir."
Zərif sonra yazıb: ABŞ-ın dollar üzərində qurulan baxışları və terrorizmdən bir vasitə kimi istifadə etməsi Ənnüsrə Cəhbəsi, İŞİD və digər terrorçu qruplaşmaların formalaşmasına səbəb olub.