İran xarici işlər naziri Qazaxıstana daxil oldu
İran İslam Respublikasının xarici işlər naziri Şanxay Əməkdaşlıq Təşkilatının sammit iclasında iştirak etmək üçün Qazaxıstana səfər edib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Şanxay Əməkdaşlıq Təşkilatının 17-ci sammit iclasında iştirak və çıxış etmək habelə, beynəlxalq "Astana Expo-2017" sərgisinin açılış mərasimində iştirak məqsədiilə cümə axşamı Qazaxıstana səfər edib.
İran xarici işlər naziri Qazaxıstana olan səfəri zamanı Şanxay Əməkdaşlıq Təşkilatının sammit iclasında iştirak etməklə yanaşı, Qazaxıstan və bir sıra digər ölkələrin rəsmiləri ilə görüşüb, danışıqlar aparacaq.
Şanxay Əməkdaşlıq Təşkilatının 17-ci sammit iclası 10 üzv və üzv ölmayan ölkə başçısının iştirakıilə bu gün Astanada işə başlayıb. İclas 2 gün davam edəcək.