Zərif Əfqanıstan prezidentilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i272340-zərif_Əfqanıstan_prezidentilə_görüşüb
İranın xarici işlər naziri dünən axşam Qazaxıstanın Astana şəhərində Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2017 04:45 Asia/Baku
  • Zərif Əfqanıstan prezidentilə görüşüb
    Zərif Əfqanıstan prezidentilə görüşüb

İranın xarici işlər naziri dünən axşam Qazaxıstanın Astana şəhərində Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşüb.

Əfqanıstan prezidenti bu görüşdə çərşənbə günü Tehranda törədilmiş terror hadisələrini pisləyərək, İslam İnqilabının Böyük Rəhbəri, İranın dövləti və xalqı ilə həmrəylik ifadə edib.

Əşrəf Qəni bildirib ki, terrorçular İran xalqı üçün çox önəmli olan iki mərkəzi hədəfə alıblar. O, vurğulayıb ki, dünya ölkələri terror qrupları ilə mübarizədə bir-birilərilə həmkarlıq etməlidirlər.

İranın xarici işlər naziri və Əfqanıstan prezidenti bu görüşdə həmçinin mühüm regional məsələlər, o sıradan regionun ərəb ölkələri arasındakı son çəkişmə barədə məşvərət aparıblar. Onlar vurğulayıblar ki, bu ölkələrin öz problemlərini danışıqlar yolu ilə həll etmələri zərurət daşıyır.