İyun 09, 2017 10:54 Asia/Baku
  • Zərif BMT baş katibi ilə görüş keçirib
    Zərif BMT baş katibi ilə görüş keçirib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və BMT-nin baş katibi Antonio Quterreş Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "Ekspo-2017" beynəlxalq sərgisinin açılış mərasimin kənarında görüş keçiriblər.

IRNA-nın məlumatına görə, Antonio Quterreş bu görüşdə ərəb ölkələri arasında geniş böhranın yaranmasına işarə edərək, bu ixtilafların yeganə həll yolunu dialoq və müzakirə adlandırıbdır.

BMT-nin baş katibi sonra nüvə anlaşması maddələrinin İran İslam Respublikası tərəfindən icra olunduğunu təsdiq edərək, deyibdir ki, bu təşkilatın rəsmi mövqeyi, nüvə anlaşmasının ruhu və mətnini himayədir.

Antonio Quterreş daha sonra son Tehran terror hücumunu pisləyərək, İranın dövləti və xalqı ilə həmrəylik və həmdərdlik ifadə edibdir.

Zərif və Quterreş həmçinin Suriya, İraq və Yəmən böhranları daxil olmaqla regional mövzular barədə danışıblar.

 

 

Teqlər