Zərif: İran Avstriya ilə əlaqələrin inkişafında maraqlıdır
İranın xarici işlər naziri Avstriyanın iqtisadi heyətinin Tehrana səfərinin bu ölkənin İran İslam Respublikası ilə əməkdaşlıqlarla maraqlanmasının göstəricisi olduğunu bildirərək deyib: İran da bütün sahələrdə Avstriya ilə əməkdaşlıqlarda maraqlıdır.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranda Avstriyanın maliyyə naziri Hans Yörq Şllinq ilə görüşündə deyib: İki ölkə əməkdaşlıqları çərçivəsində İranın Avropada işgüzar bank əlaqələri daha çox Avstriya ilə həyata keçir.
Hans Yörq Şllinq də bu görüşdə Tehrana səfərdə məqsədinin iqtisadi və maliyyə sektorları xüsusiyyət təşkil etməklə İran ilə qarşılıqlı əlaqələrin genişləndirliməsi olduğunu bildirərək deyib: İqtisasi fəaliyyətlər iki ölkə arasında əməkdaşlıqlara müştərək zəmin hesab olunur.
Avstriyanın maliyyə naziri terrorizmi beynəlxalq problem adlandıraraq deyib: İfratçı qrupların cinayətlərinin din və məzhəblərlə heç bir əlaqəsi yoxdur.