Səudiyyəlilər Tehrandakı terror barədə cavabdeh olmalıdırlar
İran palament sədrinin köməkçisi deyib: Səudiyyə Ərəbistanının vəliəhdinin canişini Məhəmməd Bin Salman İran daxilində destabillik yaradacağı ilə hədələmişdi və bu gün Səudiyyə Ərəbistanı Tehrandakı terror aktları barədə cavabdeh olmalıdır.
Hüseyn Əmir Abdullahian bu gün Tehranın Şəhid Mütəhhəri adına ali mədrəsəsinin şəhidlərinin anım mərasiminin kənarında müxbirlərə deyib: ABŞ prezidenti Donald Trampın ötən ay Səudiyyə Ərəbistanına səfərində ABŞ-dakı ifratçı ünsürlərin Tehrandakı terror aktlarının arxasında olduğunu deməyə əsas verən bəzi müzakirələr olub.
İranın isşami şura məclisinin sədrinin xüsusi köməkçisi deyib: Terrorçu İŞİD qrupu və altmışıncı hicri şəmsi illərində 170 min İran vətəndaşını qətliam edən terrorçu münafiqlər qrupu arasında heç bir fərq yoxdur və bu terrorçuların hər ikisi İslam, İslam inqilabı və İranı hədəfə alıblar.