Zərif sabah Norveçə gedəcək
İyun 11, 2017 21:28 Asia/Baku
İİR XİN sözçüsü deyib: İran İslam Respublikasının xarici işlər naziri bu gün Oslo assambleyasında iştirak etmək üçün Norveçə gedəcək.
Oslo assambleyası hər il beynəlxalq vasitəçilər, dünyanın yüksək səviyyəli rəsmiləri, sülh baniləri və beynəlxalq ekspertlərin iştirakı ilə Norveçin paytaxtında keçirilir. İclasda dünya səviyyəli böhranların durumu araşdırılır və toqquşmalara son qoyulması üçün həll yolları təklif olunur.