İyun 16, 2017 14:19 Asia/Baku
  • Vilayəti: Amerika senatının anti-İran hərəkəti nüvə anlaşmasına ziddir

İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri deyib: Amerika senatının yenidən İrana qarşı sanksiyaların tətbiqinə dair hərəkəti nüvə anlaşmasının məzmunu və ruhuna ziddir.

Cümə axşamı günü ABŞ senatında keçirilən səsvermədə iştirak edən yüz nümayəndədən 98 nəfəri İrana qarşı yeni sanksiyaların lehinə səs verib.

İrana qarşı yeni sanksiyalar barədə qərar qanuna çevrilmək üçün Amerika konqresinin nümayəndələr palatasından keçə bilməli və sonda bu ölkənin prezidenti Donald Tramp tərəfindən imzalanmalıdır.

IRIB-nin məlumatına görə, İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri və nüvə anlaşmasına nəzarət üzrə iranlı heyətin üzvü Əli Əkbər Vilayəti əlavə edib: Nüvə anlaşmasına nəzarət üzrə iranlı heyət bu məsələni araşdıracaq və Amerikanın sanksiyalar tətbiq etməsinə münasib cavab verəcəkdir.

Vilayəti Amerika tərəfindən İrana qarşı yenidən sanksiyaların tətbiq edilməsinin Vaşinqtonun regiondakı məğlubiyyətlərinin əvəzini çıxmaq məqsədini güddüyünü bildirərək, deyib: İraq və Suriyada İran İslam Respublikasına ardıcıl surətdə məğlub olan Amerika sanksiyalar tətbiq etməklə bu uğursuzluqları ört-basdır etməyə can atır.

 

Teqlər