İyun 18, 2017 11:17 Asia/Baku
  • İranda üçüncü qədr gecəsi qeyd olunub
    İranda üçüncü qədr gecəsi qeyd olunub

Fəzilətlə dolu qədr gecələrinin üçüncü və sonuncu gecəsinin əhya mərasimi möminlərin iştirakı ilə bütün İslami İranda keçirilib.

İmamət və vilayət aşiqləri mübarək ramazan ayının 23-cü gününün gecəsində bütün İran boyu məscidlər, təkyələr, hüseyniyyələr, mübarək məqbərə və ziyarətgahlar, həmçinin digər dini məkanlarda bir araya gəlib, obaşdan çağınadək Qurani-Kərim qiraət edərək, Coşən Kəbir duasını və əzəmətli ilahi adları zümzümə ediblər.

İsmət və paklıq Əhli-Beyti(ə) mədhiyyəçiləri də möminlər ağası Əmirəlmöminin Həzrət Əli (ə)-ın və Həzrət Seyyiduşuhəda(ə)-ın vəsfində növhələr oxuyub, mərsiyələr deyiblər.

Mübarək ramazan ayının 23-cü gününün gecəsinin kulminasiya nöqtəsi müqəddəs Məşhəd şəhərində İmam Rza(ə)-ın və Qum şəhərində Həzrət Məsumə(s.ə)-nın pak hərəmlərində olubdur.

Mübarək ramazan ayının 19, 21 və 23-cü gecələri qədr gecələridir və müsəlmanlar həmin gecələrdə gecə oyaq qalmaq, Qurani-Kərimi başları üzərinə qoymaq, dua etmək və Coşən Kəbir duasını oxumaqla Allah-Taala ilə razu-niyaz edirlər.

Qədr gecəsi elə bir gecədir ki, bütün il boyu bir gecə onun fəzilətinə çatmaz və onda əməl etmək min ayda əməl etməkdən daha yaxşıdır və onda ilin təqdiri müəyyən olur.

 

Teqlər