İyun 19, 2017 08:40 Asia/Baku
  • General Şərif
    General Şərif

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın İctimai Əlaqələr Şöbəsinin məsul şəxsi Sepah-ın terrorçuların Suriyadakı qərargahlarına qarşı raket əməliyyatına işarə edərək, vurğulayıb: Terrorçuların regional və beynəlxalq himayədarları Sepah-ın raket əməliyyatının xəbərdarlıqedici mesajını dərk etməlidirlər.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah dünən gecə Suriyadakı terrorçuları tənbeh etmək məqsədilə bu ölkənin şərqində yerləşən Diyrəlzur şəhərində təkfirçi terroçuların komandanıq mərkəzi, eləcə də onların toplaşma və dəstək, həmçinin partlayıcı avtomobil istehsalı mərkəzlərini, bir neçə ədəd "quru-quru" tipli orta mənzilli raketlə hədəfə alıbdır.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın İctimai Əlaqələr Şöbəsinin məsul şəxsi general-mayor Ramazan Şərif bu gün İran TeleRadio Təşkilatının Xəbər kanalı ilə müsahibədə deyib: Sepah-ın raket əməliyyatı İranın terrorçulara və düşmənlərə qarşı tənbehedici qüdrətinin çox kiçik bir güşəsi idi və terrorçuların regional və beynəlxalq himayədarları Sepah-ın raket əməliyyatının xəbərdarlıqedici mesajını dərk etməlidirlər.

General Şərif sonra deyib: Mötəbər məlumatlara əsasən, İŞİD-ə qarşı raket əməliyyatı uğurlu olub. O, əlavə edib: İŞİD terrorçularının mərkəzlərinə tərəf raketin bir qayda olaraq, sünni sakinli olan İranın qərbindəki Kürdüstan və Kermanşah ostanlarından atılması, bütün iranlıların terrorçular qarşısındakı birliyi mesajına malikdir.

İyunun yeddisində İran xalqından bir qrup məzlum və oruc insanın yaralanması və 18 nəfərin şəhid olması ilə nəticələnmiş Tehranda baş vermiş son terror cinayətinin ardınca İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bildirmişdi ki, "heç bir pak qanın axıdılmasını cavabsız qoymayacaqdır!"

Teqlər