Zərif Tunis rəsmilərilə görüşüb
İyun 20, 2017 08:30 Asia/Baku
İran İslam Respublikasının xarici işlər naziri bazar ertəsi günü gecə Tunisdə ayrı-ayrılıqda bu ölkənin prezidenti və xarici işlər naziri ilə görüşüb.
Məhəmməd Cavad Zərif özünün Afrikanın şimalına olan regional səfərinin sonuncu mərhələsində bazar ertəsi günü gecə Tunisə daxil olub.
Zərif Tunisin prezidenti Əlbeci Qaid əs-Sebsi ilə görüşdən sonra bir mətbuat konfransında qeyd edib ki, iki tərəf bu görüşdə İran-Tunis əməkdaşlıqlarının müxtəlif sahələrdə artırılmasını istəyibdir.
Məhəmməd Cavad Zərif Tunisin prezidenti ilə görüşdən sonra bu ölkənin xarici işlər nazirliyi məkanında Tunisin xarici işlər naziri Xəmis Əlcəhinavi ilə görüşüb.