Laricani: Bəzi islam ölkələrinin İsrail rejiminə bağlılığı faciədir
İran İslam Şurası Məclisinin sədri bəzi islam ölkələrinin İsrail rejiminə bağlılığını faciə adlandırıb və belə deyib: İslam ümməti Ümudünya Qüds günündə öz qüdrətini göstərməlidir.
Əli Laricani dünən gecə Ümudünya Qüds günü ərəfəsində Tehranda islam ölkələrinin səfirlərilə görüşdə deyibdir ki, İslam ümməti Fələstinin müqəddəratına həssas olmalıdır.
İran İslam Şurası Məclisinin sədri həmçinin bu yığıncaqda iştirak edən ölkələrin səfirlərinin Tehranda törədilmiş son terror hücumlarına görə, öz kədərlərini ifadə etmələrinə görə, təşəkkür edərək, qeyd edibdir ki, bəzi terror hərəkətləri amerikalıların əsəbiliyindən mənşə alır.
Laricani amerikalıların əsəbiliyinin səbəbini terrorçuların İraq və Suriyadakı son ağır məğlubiyyətləri adlandıraraq, bildiribdir ki, terrorçuların İraq və Suriyadakı məğlubiyyətləri çox ağır olubdur.