Əmir Əbdollahiyan: Məkkə və Mədinə sionistlər üçün sığınacaq olmamalıdır
Fələstin intifazəsini himayə üzrə beynəlxalq konfransın baş katibi Hoseyn Əmir Əbdollahiyan deyib: Məkkə və Mədinənin sionistlər üçün sığınacaq olmalarına icazə verilməməlidir. O, bildirib ki, Amerikanın bu ölkə səfirliyinin Qüdsi-Şərifə köçürülməsi üzrə hərəkəti strateji bir xətadır.
IRIB-nin məlumatına görə, Fələstin intifazəsini himayə üzrə beynəlxalq konfransın baş katibi Hoseyn Əmir Əbdollahiyan söyləyib: Qüds günündə Fələstinin himayədarları uca səslə Ərəbistanın və bəzi ərəb dövlətlərinin sionist rejimlə əlaqələrinin adiləşdirilməsinə mane olmalıdırlar.
O, sonra deyib: İslam dünyasının hazırkı şəraiti Amerikanın və sionist rejimin fitnəkarlıqlarının və regiondakı bəzi hökmranların İslam dünyasının problemlərinə və Fələstin xalqının məzlumluğuna diqqətsizliklərinin məhsuludur.
Fələstin intifazəsini himayə üzrə beynəlxalq konfransın baş katibi sionistlərin regiondakı gündəlik cinayətləri və fitnəkarlıqları ilə yeganə mübarizə yolunu Fələstinin tam azadlığınadək müqavimət adlandırıb.
Hoseyn Əmir Əbdollahiyan Fələstinin qələbəsinin yaxında olduğunu bildirərək, söyləyib: İran İslam Respublikası Fələstin ərazilərinin tam azadlığına və Qüds paytaxt olmaqla müstəqil Fələstin ölkəsinin təşkilinə və didərginlərin geri dönmələrinədək məzlum Fələstin xalqının kənarında qalacaqdır.