ABŞ-ın İrana və Rusiyaya qarşı sanksiyalarının qanunsuz olduğu vurğulanıb
İran İslam Şurası Məclisinin sədri ABŞ-ın İrana və Rusiyaya qarşı sanksiyalarını Vaşinqtonun beynəlxalq öhdəliklərilə təzadlı adlandırıb.
IRIB-nin məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Cənubi Koreyanın paytaxtı Seulda Avrasiya ölkələrinin parlament sədrlərinin iclasında deyib: Amerika senatının İran və Rusiyanın vətəndaşları və təşkilatlarına qarşı sanksiyalar tətbiq etmək üzrə son qərarları benəlxalq qanunlardan qaynaqlanmalı olan Amerikanın qərar və öhdəliklərilə təzaddadır və digər ölkələrin daxili işlərinə qarışmaq hesab olunur.
Laricani əlavə edib: Region dövlətləri bu cür qərarların çıxarılmasının qarşısını almaq üçün regional bir mexanizm yaratmalıdırlar.
Amerika senatı iyunun 15-də əksəriyyət səslə Rusiyaya qarşı yeni sanksiyalrın tətbiqi barədə əlavələrə də şamil olan İrana qarşı sanksiyalar layihəsini qəbul etdi.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani beynəlxalq Avrasiya konfransında iştirak məqsədi ilə çərşənbə axşamı günü səhər Cənubi Koreyanın paytaxtı Seul şəhərinə daxil olub.