Laricani: İran xarici investisiya üçün əlverişli potensialdır
İran İslam Şurası Məclisinin sədri İran bazarının investisiya üçün əlverişli potensial olduğunu bəyan edib: İran parlamenti müxtəlif sektorlarda xarici investisiyanı dəstəkləyir.
İRİB-in məlumatına görə, İran parlamentinin sədri Əli Laricani cümə axşamı günü Seulda Cənubi Koreyanın böyük şirkətlərinin direktorları ilə görüşdə bildirib: Neft və qaz, yol və nəqliyyat, ətraf mühit, bərpa oluna bilən enerjilər, neft-kimya və sənaye, xüsusilə də avtomobilqayırma sektoru İranda xarici investisiyalar üçün böyük potensialı olan sektorlardır.
İranda investor şirkətlərə dəstək üçün Cənubi Koreya hökumətinin 8 milyard avroluq imkan yaratmasına toxunan Laricaninin sözlərinə görə, iki ölkə arasında bank mübadilələri də sadələşdirmələrlə həyata keçirilir.
İran parlamentinin sədri həmçinin iqtisadi rəqibləri səhnədən kənarlaşdırmaq üçün amerikalıların siyasi oyunlarına toxunub: ABŞ siyasi xarakterli sözlər danışır, praktiki olaraq İrana 100 Boinq təyyarəsi satıb və işlərini banklar vasitəsi ilə həyata keçirirlər.