İyun 30, 2017 09:12 Asia/Baku
  • Zərif: Trampın anti-mühacirət  fərmanı biabırçılıqdır

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün səhər tezdən Amerika prezidenti Trampın anti-mühacirət fərmanını biabırçılıq və kor-koranə ədavət adlandırıb.

Bir çox ekspertin qənaətincə, Trampın anti-mühacirət fərmanlarında diqqəti çəkən məsələ, regionda terrorçuların ən əsas himayədarları kimi Ərəbistanın və Ərriyad və Vaşinqtonla bir yolda addımlayan ölkələrin adlarının hallanmamasıdır. Tramp son zamanlar Ərəbistana səfər edərək, bu ölkə ilə dəyəri 300 milyard dollardan yuxarı olan müqavilələr imzaladı.

 

Teqlər