İyun 30, 2017 14:05 Asia/Baku
  • Laricani Trampın anti-mühacirət fərmanını tənqid edib

İran İslam Şurası Məclisinin sədri Amerika prezidenti Donald Trampın anti-mühacirət fərmanını tənqid edərək, bildiribdir ki, terrorizm öz yarandığı yerdəcə məhv edilməlidir.

Əli Laricani dünən gecə Amerikanın CNN telekanalı ilə eksklüziv müsahibədə İranın terrorizmlə mübarizədəki keçmişinə işarə edərək, belə qeyd edib: Əgər İran İraqa kömək etməsəydi, Bağdad indi İŞİD terror qrupunun işğalı altında idi.

İran İslam Şurası Məclisinin sədri əlavə edib: İranın İraq və Suriyaya yardımları İŞİD-in həmin ölkələrdə özünün son nəfəslərini çəkməsinə səbəb olubdur.

Bir çox ekspertin qənaətincə, Trampın anti-mühacirət fərmanlarında düşündürücü məsələ, regionda terrorçuların ən əsas himayədarları kimi Ərəbistanın və Ərriyad və Vaşinqtonla bir yolda addımlayan ölkələrin adlarının çəkilməməsidir. Tramp son zamanlar Ərəbistana səfər edərək, bu ölkə ilə 300 milyard dollardan yuxarı dəyərə malik müqavilələr imzalayıbdır.

Teqlər