Ruhani Mosulun azad edilməsini təbrik edib
İran İslam Respublikası prezidenti ayrı-ayrı müraciətlərdə İraqın prezidenti, baş naziri və bu ölkə şiələrinin böyük təqlid mərcəyi Ayətullah Sistaniyə müraciətlər göndərərək, İraqın Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin azad edilməsi münasibətilə onları təbrik edib.
Həsən Ruhani bu gün İraq prezidenti Fuad Məsuma ünvanlanmış müraciətində belə qeyd edib: İraqda təhlükəsizlik yaradan müsbət dəyişikliklər və terrorizm və ekstremizmlə amansız mübarizədə qələbə, bu ölkə xalqının və hərbi qüvvələrinin İŞİD qorxusu vucudunun, eləcə də onun himayədarları və mənbələrinin aradan götürülməsində göstərdikləri ardıcıl səyləri, həmçinin qonşu ölkələrin yardımının nəticəsidir.
İran İslam Respublikası prezidenti İraqın baş naziri Heydər Əlibadiyə ünvanladığı müraciətdə isə belə qeyd edib: Qonşu ölkələrin himayəsilə qəhrəman Həşduşşəbi və İraqın ordu qüvvələri, həmçinin zəhmətkeş xalqın səyi, fədakarlığı, ahəngdarlığı və həmkarlığı hesabına əldə olunmuş bu qələbə zorakılığı və insan qırğınını zalımcasına İslamın adı ilə nümayiş etdirən cinayətkarlar ilə mübarizənin önəmini göstərir.
Ruhani bildirib ki, İran İslam Respublikası İraq xalqının Mosulun azad edilməsi ilə bağlı şadlığına şərik çıxır. O, İranın bütün regionda terrorçularla hərtərəfli mübarizəni davam etdirməyə hazır olduğunu bildirib.
Həsən Ruhani həmçinin Ayətullah Sistaniyə ünvanladığı müraciətdə vurğulayıb: İraq xalqının qələbəsi və Mosul şəhərinin azad edilməsi bir daha mərcəiyyətin və fitvanın yerini dünya xalqları üçün aydınlaşdırdı.
İran İslam Respublikası prezidenti əlavə edib: Üç il bundan öncə ümidsizlik və hərc-mərclik günlərində məhz dini hövzə və mərcəiyyət mübarizə üçün lazım olan ümid və iradəni İraq cəmiyyətinə qaytardı və xalq ilə ordunun təcavüzkarlar qarşısında hərəkətinə səbəb oldu.
İraqın dövlət televiziyası dünən bu ölkənin Mosul şəhərində İŞİD-in başa çatmasından xəbər verdi.