Ayətullah Məkarim Şirazi Mosulun azad edilməsi münasibəti ilə təbrik müraciəti edib
-
Ayətullah Məkarim Şirazi Mosulun azad edilməsi münasibəti ilə təbrik müraciəti edib
Qumda böyük təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi Mosulun azad edilməsi və İŞİD-in süqut etməsi münasibəti ilə İraq şiələrinin böyük təqlid mərcəyi Ayətullah Sistani, İraq dövləti, İraq silahlı qüvvələri və bu ölkə xalqını təbrik edib.
Ayətullah Nasir Məkarim Şirazi çərşənbə axşamı Mosulun azad edilməsi münasibəti ilə təbrik müraciətində yazıb: İŞİD terror qruplaşmasının rüsvayçı məğlubiyyəti İslam Dünyası üçün xam xəyallara qapılan bütün tərəflər və dünyanın müxtəlif yerlərindən topladıqları muzdurları üçün ibrət dərsi sayılır.
Ayətullah Məkarim Şirazi əlavə edib: İraq şiələrinin ali təqlid mərcəyi Ayətullah Sistaninin bu ölkədə xalq səfərbər qüvvələrinin təşkil edilməsi üzrə fitvası İran İslam Respublikasının banisi İmam Xomeyni(rə)-in İranda xalq səfərbər qüvvələrinin təşkil edilməsi ilə bağlı fitvasının davamı olaraq, tarixi bir qəhrəmanlıq və İslam düşmənlərinin gözünə batan bir tikandır.