Xərrazi: İranofobiya əcnəbi mediaların məqsədidir
İranın Xarici Əlaqələr Strateji Şurasının sədri deyib: Əcnəbi medialar İran İslam Respublikası ilə qarşılaşmaq üçün üç cərəyan, İranofobiya, mədəni nüfuz və daxili ixtilafları qızışdırmağı izləyirlər.
İRİB-in məlumatına görə, Press TV-nin təsis olunmasının 10 illiyi münasibəti ilə təşkil olunan tədbirdə Kamal Xərrazi xəbərlərin şəffaf və dərhal işıqlandırılması üzrə bu televiziyanın səylərinə münasibət bildirib: İran İslam Respublikası Radio və Televiziya Təşkilatının sərhədaşırı televiziyaları izləyicilərinin düşüncə metodları və təsirliliyin ölçüsünə əsasən öz media baxışlarını müəyyənləşdirməlidirlər.
Press TV-nin təsis olunmasının 10 illiyi münasibəti ilə keçirilən tədbirdə İran Radio və Televiziya Təşkilatının sədri Əbdüləli Əli Əsgəri, onun sərhədaşırı bölməsi üzrə müavini Peyman Cibili, bir qrup rəsmi, o cümlədən İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi iştirak edib.
Press TV İran İslam Respublikası Radio və Televiziya Təşkilatının ilk ingilis dilli televiziyasıdır. Bu telekanal 2007-ci il 2 iyulda "Xəbər, başqa prizmadan" şüarı ilə işə başlayıb.
Press TV indiyə qədər düzgün xəbərləri, sənədli proqramları, müxtəlif dəyirmi masaları ilə dünya səviyyəsində böyük izləyici kütləsini qazanmışdır.