İran və Malayziyanın rabitə və informasiya texnologiyaları müəllimlərinin iclası keçirilib
İyul 11, 2017 09:27 Asia/Baku
-
İran və Malayziyanın rabitə və informasiya texnologiyaları müəllimlərinin iclası keçirilib
"Rabitə və Media təlimləri; İran və Malayziya təcrübələri" adlı beynəlxalq elmi toplantı iki ölkənin elmi və media müəllimlərinin iştirakı ilə Tehranda keçirilib.
İRNA-nın məlumatına görə, Malayziyanın UKM universitetindən Məhəmməd Yusif bazar ertəsi günü bu iclasda Malayziyada jurnalistikanın rabitənin əsası olduğunu deyərək, əlavə edib: Ümidvaram İran və Malayziya bu sahədə daha geniş və daha məqbul əməkdaşlığa malik olsunlar.
İslam Respublikası İnformasiya Agentliyinin icraçı direktoru Məhəmməd Xodadi də informasiyanın ötürülməsində virtual aləmin roluna işarə edib və deyib: İnformasiyların çatdırılmasında virtual aləmin roluna ciddi yanaşmaqla bir çox müxatibin diqqətini cəlb etmək mümkündür.