Mogerini: İranla nüvə anlaşması bir ölkəyə aid deyil
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru bildirib: Əhatəli Müştərək Təşəbbüs Proqramı sadəcə bir ölkəyə aid deyil və beynəlxalq ictimaiyyətə aiddir.
Röytersin məlumatına görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini çərşənbə axşamı günü Brüsseldə Rusiya xarici işlər naziri Sergey Lavrovla mətbuat konfransında deyib: ABŞ-ın İranın nüvə anlaşmasını araşdırmasına hörmətlə yanaşır. Lakin Avropa Birliyi İranla öz anlaşmasını davam etdirəcək.
Federika Mogerini amerikalılara üzünü tutaraq deyib: İranın nüvə anlaşması beynəlxalq anlaşmadır və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi əlavə edib: Avropa Birliyi nüvə anlaşmasının icrasının davam etməsi üçün Rusiya ilə əməkdaşlıq edir.
İran və 5+1 qrupunun (Britaniya, Fransa, Rusiya, Çin, ABŞ və Almaniya) nüvə anlaşması 2016-cı il yanvar ayından icra olunur. Lakin ABŞ hökuməti bu qrupun üzvlərindən biri olaraq hələ də nüvə anlaşmasını pozur.
Rusiya xarici işlər naziri Sergey Lavrov da bildirib: Əgər ABŞ diplomatik əmlakın qaytarılması üzrə Rusiyanın tələblərini yerinə yetirməzsə, Moskva bunun əvəzini çıxacaqdır.
Sergey Lavrov ABŞ-ın diplomatik əmlak haqda öhdəliklərə sadiq qalacağına ümid edib.