Zərif: Amerika nüvə anlaşması qarşısındakı mövqeyini yenidən nəzərdən keçirməlidir
İranın xarici işlər naziri bildirib ki, nüvə anlaşması beynəlxalq bir anlaşmadır. O vurğulayıb ki, Birləşmiş Ştatlar da bu beynəlxalq anlaşma qarşısındakı mövqeyini yenidən nəzərdən keçirməlidir.
IRNA xəbər verir: Məhəmməd Cavad Zərif Nyu-Yorka daxil olarkən müxbirlər qarşısında Tramp dövlətinin İranın nüvə anlaşmasına sadiq qaldığını bir daha təsdiqetmə qərarına reaksiyada deyib: Nüvə anlaşması ətraflı və beynəlxalq bir anlaşmadır ki, illər boyu danışıqlar və müzakirələrin ardınca əldə olunubdur.
İranın xarici işlər naziri əlavə edib: Bizim gözləntimiz budur ki, bu müzakirənin bütün tərəfləri öz öhdəliklərinə sadiq qalsınlar, amma təəssüflə, indiyədək müşahidə etmişik, Birləşmiş Ştatlar özünün qeyri-düzgün münasibətləri və siyasətlərilə elə bir şərait yaradıbdır ki, İran layiqincə bu anlaşmanın mənfəətlərindən bəhrələnə bilməsin.
Zərif söyləyib: Bu qənaətdəyik ki, Amerikanın dövlət başçıları bu anlaşma ilə davranışlarını yenidən nəzərdən keçirməlidirlər, zira əks halda onlar bu anlaşmanın davam etməsinə bir kömək etməyəcəklər.
İranın xarici işlər naziri həmçinin BMT qərargahında davamlı inkişaf yığıncağında iştirakı Nyu-Yorka səfərinin hədəflərindən adlandırıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yerli vaxtla dünən axşam bir nümayəndə heyətilə Nyu-Yorka daxil olub. Səfərdə məqsəd, BMT Baş Assambleyasının illik sessiyasında iştirakdır.