Cahangiri: İran Vyetnamla münasibətləri yüksəltməyə heç bir məhdudiyyət görmür
https://azeri.sahartv.ir/news/İran-i276430-cahangiri_İran_vyetnamla_münasibətləri_yüksəltməyə_heç_bir_məhdudiyyət_görmür
İran İslam Respublikasının vitse-prezidenti Tehranın xarici siyasətində Hanoyun önəmli mövqeyə malik olduğunu bildirib: İran Vyetnamla əlaqələr və əməkdaşlıqların yüksəldilməsinə heç bir məhdudiyyət görmür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2017 16:11 Asia/Baku
  • İran Vyetnamla münasibətləri yüksəltməyə heç bir məhdudiyyət görmür
    İran Vyetnamla münasibətləri yüksəltməyə heç bir məhdudiyyət görmür

İran İslam Respublikasının vitse-prezidenti Tehranın xarici siyasətində Hanoyun önəmli mövqeyə malik olduğunu bildirib: İran Vyetnamla əlaqələr və əməkdaşlıqların yüksəldilməsinə heç bir məhdudiyyət görmür.

İRNA-nın məlumatına görə, İshaq Cahangiri şənbə günü Vyetnamın kənd təsərrüfatı və kənd inkişafı üzrə nazirini qəbul edib.

İki ölkənin yüksək səviyyəli rəsmilərinin ikitərəfli münasibətlərin inkişafı qarşısında duran maneələrin aradan qaldırılması istiqamətində gediş-gəlişlərini önəmli qiymətləndirən prezident müavinin sözlərinə görə, bu səfərlər İran və Vyetnamın münasibətlərinin inkişafında dönüş nöqtəsi ola bilər.