İyul 16, 2017 10:28 Asia/Baku
  • İran Yaxın Şərqin elektrikini təmin edə bilər
    İran Yaxın Şərqin elektrikini təmin edə bilər

İranın Elektrik Stansiyaları Layihələri Şirkətinin icra direktoru deyib: Bu şirkət hal-hazırda Yaxın Şərqin elektrikini istehsal etmək potensialına malikdir və dünya rəqabətinə daxil ola bilər.

Məpna Şirkətlər qrupunun icra direktoru Abbas Əliabadi İranın 1-ci televiziyası ilə müsahibədə əlavə edib: Məpna şirkəti İranın Energetika Nazirliyi ilə koordinasiya edərək F növlü turbinlərin istehsalı sahəsində Almaniyanın Siemens şirkəti ilə müqavilə imzalayıb və bu turbinlər tam şəkildə İranda istehsal olunacaq. 

Əliabadi İranda İ Type turbinlərinin istehsalına toxunaraq deyib: Məpna şirkəti İraqda 3000 vatlıq turbinləri istehsal etməkdədir. İran əelyhinə sanksiyalar tətbiq olunduğu dövrdə çoxlu miqdarda belə turbin müxtəlif ölkələrə ixrac olunub. 

Məpna Şirkətlər Qrupu İranda mühəndislik şirkətidir. Elektrik stansiyalar, zavodlar, sənaye infrastrukturları, neft-qaz sənayesi, qazıntı və dəmiryol nəqliyyatı sahələrində fəaliyyət göstərir. 

Teqlər