İyul 18, 2017 08:28 Asia/Baku
  • Zərif ABŞ prezidentinə xəbərdarlıq edib

İran İslam Respublikası xarici işlər naziri Amerika prezidentinə xəbərdarlı edib ki, İranla nüvə sazişinin ABŞ tərəfindən əsaslı şəkildə və təkrar pozulacağı təqdirdə İran Əhatəli Müştərək Təşəbbüs Proqramını(ƏMTP) tərk edəcək.

Məhəmməd Cavad Zərif dünən Amerikada çıxan National İnterest qəzeti ilə müsahibsəsində nüvə sazişinin Vaşinqton tərəfindən təkrar pozulmasına toxunaraq deyib: ƏMTP-də "gözə çarpacaq yaramazlıq" adlandırılmış əsaslı pozuntu baş verərsə İran nüvə sazişindən çıxacaq. 

İİR XİN rəhbəri deyib: İran bu günədək ƏMTP-da müəyyənləşdirilmiş istiqaməti gedib, başqa sözlə ABŞ-ın nüvə sazişi ilə əlaqədar üzərinə düşənləri yerinə yetirməməsinə bir çarə tapılacağından əmin olmaq üçün ƏMTP-nin müştərək komisiyasına müraciət edib. 

İran ilə 5+1 arasında nüvə sazişi 2016-cı il yanvar ayından icra edilməyə başlayıb amma bu sazişin tərəflərindən biri olan ABŞ dövləti daima bu sazişi pozur. 

Teqlər