İyul 19, 2017 19:36 Asia/Baku
  • 25 şəvval İmam Cəfər Sadiqin(ə) şəhadətinin ildönümü günüdür

İslami İran şiələrin altıncı imamı və şiə məktəbinin başçısı İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü gecəsində matəm saxlayaraq, qaraya bürünüb.

Sabah cümə axşamı , 2017-cı milad ili iyulun 20-i və 1438-ci hicri qəməri ili şəvvalın 25-i, imamlıq səmasının altıncı parlaq ulduzu, İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günüdür.

İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü gecəsi İran xalqı dini məkanlarda olaraq, dünya şiələrinin altıncı imamının matəmində əzadarlıq edir.

Şiələrin səkkizinci imamı, Həzrət İmam Rza(ə)-ın Məşhəd şəhərindəki pak hərəmi İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü gecəsində qaraya bürünərək, zəvvarlarla doludur və onlar Paklıq Əhli-Beyti(ə) xanədanına öz hörmətlərini ifadə edirlər.

İmam Cəfər Sadiq(ə) özünün məhsuldar ömrü boyu dərslər təşkil edib, şiə və sünnilər daxil olmaqla İslamın bütün davamçılarına cavab vermək üçün özünü bir mənbə kimi qərar verərək, şiə məktəbiin qüdrətini dəlil və məntiqlə İslamın bütün davamçılarına sübut edə bildi.

Bu hərəkətin təsiri o səviyyəyə çatmışdı ki, Şafei, Maliki və Əbu Hənifə kimi sünni əhlinin böyük alimləri belə o həzrətin elmindən bəhrələnirdilər.

İranın TeleRadio Təşkilatı İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün dünya müsəlmanlarına, dünya azadələrinə və xüsusən şiə məzhəbirinin davamçılarına başsağlığı verir.

 

Teqlər