İyul 21, 2017 17:30 Asia/Baku
  • Vyanada nüvə anlaşması üzrə birgə komissiyanın səkkizinci iclası başlayıb

Vyanın Koburq otelində Avropa Birliyi, İran və 5+1 ölkələrinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində nüvə anlaşması üzrə birgə komissiyanın səkkizinci iclası başlayıb.

IRIB-nin məlumatına görə, nüvə anlaşmasının icrası üzrə son durumun araşdırılması və sanksiyaların götürülməsi bu birgünlük iclasın ən mühüm mövzularından elan olunub.

Bu məlumata görə, Amerikanın öhdəliklərə sədaqətsizliyi iranlı komandanın iş gündəminə daxil olan məsələlərdəndir.

ABŞ Dövlət Departamentinin İranın nüvə anlaşmasına sadiq qalması ilə bağlı məktubu ilə bir zamanda Amerikanın İrana qarşı sanksiyalarının digər bir hissəsinin dayandırılmasının uzadılması da imzalanıbdır.

ABŞ Dövlət Departamentinin İranın nüvə anlaşmasına sadiq qaldığını elan etməsi və Amerikanın İrana qarşı sanksiyalarının digər bir hissəsinin dayandırılmasının uzadılması elə bir halda həyata keçirilir ki, amerikalı senatorlar və konqres üzvləri nüvə anlaşmasının icrası və İrana kənardan təzyiqin tətbiq olunması hədəfilə bu ölkəyə və Rusiyaya qarşı qeyri-nüvə sanksiyaları layihəsini kəskin tərzdə izləməkdə davam edirlər.

Bu iclasın başa çatmasından sonra İranla nüvə anlaşması üzrə birgə komissiyaya daxil olan digər ölkələr arasında ikitərəfli görüşlər keçiriləcək.

Nüvə anlaşması üzrə birgə komissiyanın sonuncu iclası aprelin 25-də Vyanada keçirilmişdi.

Nüvə anlaşması çətin və sıx danışıqlardan sonra 2015-ci ilin 14 iyulunda İran ilə 5+1 qrupunun nümayəndələri arasında imzalandı.

 

 

Teqlər