Qasimi: ABŞ rəsmiləri İran xalqı ilə mehriban dillə danışmalıdır
-
Bəhram Qasimi
İran Xarici İşlər Nazirliyinin sözçüsü İranda amerikalı məhbuslar, o cümlədən MKİ-nin sabiq məmuru Robert Levinson, Siyamək və Baqir Namazinin azad olunmasına dair Ağ Evin təhqiramiz bəyanatına reaksiyada deyib: ABŞ rəsmiləri İran xalqı ilə mehriban və hörmət dili ilə danışmalıdırlar.
İran-Amerika vətəndaşları Siyamək və Baqir Namazi ABŞ-ın düşmənçi hökuməti ilə əməkdaşlıq etmək ittihamı ilə İranda 10 il azadlıqdan məhrum ediliblər.
İran XİN sözçüsü Bəhram Qasimi şənbə günü Ağ Evin təhqiramiz bəyanatını İranın daxili məsələlərində müdaxiləsinin bariz nümunəsi adlandırıb və deyib: ABŞ-ın təhdidləri bu ölkə hökumətinin ekspansionist və müdaxiləkar xüsusiyyətindən qaynaqlanır. İranın inqilabçı xalqı belə düşmənçilik hərəkətləri ilə mübarizə və zorakılıqları qəbul etməməkdə uzun və təcrübəli keçmişə malikdir.
Qasimi İranın ədliyyə rəsmilərinin bildirdiyinə əsasən, həmin şəxslərə İran qanunları çərçivəsində ittihamların irəli sürüldüyünə diqqət çəkərək bildirib: İran dəfələrlə ABŞ rəsmilərinə bildirib ki, Robert Levinson adlı şəxs illərlə öncə İrana səfər edib. İranı tərk etdikdən sonra onun haqqında Tehranın heç bir yeni məlumatı yoxdur.
İran XİN mətbuat katibi həmçinin ABŞ hökumətinin başqa ölkələri hədələmək və onların daxili məsəllərində müdaxilə etməklə beynəlxalq qayda-qanunlara zidd və yanlış hərəkətinə münasibət bildirib: ABŞ rəsmiləri və qurumları tərəfindən müdaxiləçi və təhdid xarakterli bəyanatların verilməsi İranın milli təhlükəsizliyi və qanunlarını pozanların mühakiməsi və cəzalandırılması üçün ölkənin ədliyyə sisteminin iradəsinə heç bir təsir göstərməyəcək.
Qasimi həmçinin ABŞ hökumətinin beynəlxalq səviyyədə qəbul olunan qaydalardan kənar açıqlamaları, öhdəlikləri yerinə yetirməməsinə toxunaraq son illərdə əsassız faktlarla və istənilən etik və humanist normalara zidd olaraq ABŞ-da azadlıqdan məhrum edilən və ağır şəraitdə məhbus olan iranlılar dərhal azad edilməli və digər ölkələrdə İran vətəndaşlarının təqibinə son qoyulmalı olduğunu vurğulayıb.