Laricani sionistlərin Məscidül-Əqsaya qarşı hərəkətlərini pisləyib
İranın İslami Şura Məclisinin sədri Əli Laricani Qüdsü işğal edən rejimin Məscidül-Əqsada fələstinlilərə qarşı hərəkətlərini pisləyib, beynəlxalq təşkilatları İsrailin bəşəriyyətə qarşı hərəkətlərinə ciddi reaksiya verməyə çağırıb.
Sionist rejim hərbçiləri cümə günü iyulun 14-dən bazar gününədək baş nazir Benyamin Netanyahunun göstərişi əsasında Məscidül-Əqsanın qapılarını fələstinli namazqılanların üzünə bağladılar və yenidən açdıqdan sonra girişlərdə elektron keçidlər quraşdırdılar.
Bu hərəkət fələstinlilərin və bir çox müsəlman ölkələr və beynəlxalq simaların kəskin etirazlarına səbəb olub.
İran parlamentinin sədri Əli Laricani bu gün bir bəyanatda Fələstin torpaqlarının və Qüdsün qəsb edilməsinin müsəlman ümmətin müştərək dərdi olduğunu bildirib və deyib: İslam dünyası həssaslıq və nigaranlıqla Fələstin hadisələrini izləyir.
İranın İslam Şurası Məclisinin sədri fələstinlilərə qarşı sionist rejim hərbçiləri tərəfindən tətbiq olunan repressiyaların Qüdsün tamamilə yəhudiləşdirilməsi planı istiqamətində olduğunu bildirərək deyib: İslam dünyası siyasi münaqişələr və terrorizm ilə mübarizəsinə rəğmən İslam peyğmbərinin(s.ə) meraca getdiyi məkan olan Məscidül-Əqsaya təcavüzü özünün qırmızı xətti hesab edir.
Laricani deyib: İslam Şurası Məclisi Fələstin xalqının öz torpaqlarını işğaldan azad etmək uğrundakı qanuni səylərinə qiymət verməklə yanaşı bütün parlamentlərin, xüsusilə də müsəlman ölkələri parlamentlərinin, eləcə də beynəlxalq təşkilat və qurumların Qüdsü işğal edən rejimin bəşəriyyətə qarşı hərəkətlərinə mane olmaq sahəsindəki müştərək məsuliyyətini vurğulayır.