EKO nümayəndələri üçün təlim kursları təşkil edilir
https://azeri.sahartv.ir/news/İran-i277492-eko_nümayəndələri_üçün_təlim_kursları_təşkil_edilir
İran İslam Respublikasının Xəritəçəkmə Təşkilatı İqtisadi Əməkdaşlıqlar Təşkilatına(İƏT) üzv ölkələrin nümayəndələri üçün 2-ci təlim kurslarını təşkil edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2017 06:57 Asia/Baku
  • EKO nümayəndələri üçün təlim kursları təşkil edilir
    EKO nümayəndələri üçün təlim kursları təşkil edilir

İran İslam Respublikasının Xəritəçəkmə Təşkilatı İqtisadi Əməkdaşlıqlar Təşkilatına(İƏT) üzv ölkələrin nümayəndələri üçün 2-ci təlim kurslarını təşkil edir.

İRNA-nın verdiyi məlumata görə, 22 iyul tarixindən start götürən bu təlim kursları 27 iyula kimi davam edəcək. İƏT-ə üzv ölkələrin ekspertləri, Müdafiə Nazirliyinin Coğrafiya Təşkilatı və İranın Limanlar və Dənizçilik Təşkilatının nümayəndələri, İƏT-in İrandakı ofisinin nümayəndələri və İranın Xəritəçəkmə Təşkilatının ekspertləri bu təlim kurslarında iştirak edir.

İran, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Pakistan, Əfqanıstan və Tacikistan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv 10 ölkədir.