İyul 26, 2017 17:21 Asia/Baku
  • İran Silahlı Qüvvələri ABŞ hökumətinə xəbərdarlıq etdi
    İran Silahlı Qüvvələri ABŞ hökumətinə xəbərdarlıq etdi

İran Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü ABŞ hökumətinə xəbərdarlıq edib: İran qarşısında öz hərbi strategiyalarınıza daha çox diqqətli olun.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, İran Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü general Seyid Məsud Cəzayiri ABŞ Konqresində İran əleyhinə yeni sanksiyaların təsdiqlənməsi haqda deyib: Silahlı qüvvələr xalqa arxalanaraq var-gücü ilə öz yolunu davam etdirir və ABŞ-ın məkrli planları ilə mübarizə aparacaq.

General Cəzayiri Sepah və İran ordusunun quruluşun iki güclü qanadı olduğunu qeyd edib və deyib: Regionda istənilən yeni gərginliyin mənfi nəticələrindəə şeytan və terrorçu yetişdirən ABŞ məsuliyyət daşıyacaqdır.

İran Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü bildirib: İran Silahlı Qüvvələrinin özünə güvən və özünün təmin prinsipinə riyaət etməsi keçmişdə ABŞ-ın sanksiyalarının zərərsizləşdirilməsində önəmli amil olmuşdur. Bu yol var-gücü ilə davam etdiriləcək.

ABŞ Nümayəndələr Palatası çərşənbə axşamı gecə Tehran və Moskva qarşısında Vaşinqtonn düşmənçilik strategiyasının davamında, İran İslam Respublikası və Rusiya Federasiyası əleyhinə sanksiyalar paketini, 419 lehinə və 3 əleyhinə səslə təsdiqlədi.

Teqlər