İyul 27, 2017 09:27 Asia/Baku
  • Laricani: İran məclisi Amerikanın son qərarını cavablandıracaq
    Laricani: İran məclisi Amerikanın son qərarını cavablandıracaq

İran İslam Şurası Məclisinin sədri deyib: İran İslam Şurası Məclisi amerikalıların İrana qarşı sanksiyaların tətbiqi haqda son qərarını cavablandıracaq.

ABŞ konqresinin nümayəndələr palatası çərşənbə axşamı günü gecə Vaşinqtonun Tehran qarşısındakı ədavətli münasibətinin davamında İrana qarşı əhatəli sanksiyalar layihəsini 419 lehinə səslə qəbul etdi.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani dünən gecə İranın Məşhəd şəhərində ABŞ konqresinin sanksiyalar barədəki qərarı ilə bağlı belə deyib: İran Amerikanın hərəkətlərinə cavab vermək üçün yaxşı imkanlara malikdir və vaxtında bu imkanlardan istifadə edəcəkdir.

Laricani söyləyib: Amerika konqresinin nümayəndələr palatasının qərarı göstərir ki, amerikalılar çaş-baş qalmaları və əsəbilik üzündən bu kimi addımlar atırlar.

O, bu qərarın təbliğat xarakteri daşıdığını bildirərək, belə qeyd edib: İran məclisində Amerikanın nüvə anlaşmasını pozmasına cavab üçün bir layihə hazırlanıb və ciddi şəkildə izləniləcəkdir.

İran İslam Şurası Məclisinin sədri həmçinin nüvə anlaşmasını beynəlxalq bir razılaşma adlandırıb və belə deyib: İran düşmənlərinin zehni narahatlıqları İran İslam Respublikasının uğurlarına görədir.

Teqlər