Avq 04, 2017 13:25 Asia/Baku
  • 
İranlı zəvvarlar Mədindədə ilk Kumeyl duasını oxudular
    İranlı zəvvarlar Mədindədə ilk Kumeyl duasını oxudular

İranlı zəvvarlar Mədinə şəhərinin üç məkanında ilk Kumeyl duasını oxuyublar.

İranlı hacıların Mədinə şəhərində iştirakının ilk cümə gecəsində Kumeyl duasının oxunması mərasimi üç böyük oteldə möhtəşəm şəkildə təşkil olunub.

İranlı hacılar İmam Əlinin (ə) dilindən Kumeyl duasını cümlə-cümlə Rəbbi Kərimlə zümzümə edib və mehriban Allahdan bağışlanmaq və İran xalqı və islam ümməti üçün ən yaxşıları diləyiblər. 

Ötən illərdə ruh bəxş edən Kumeyl duasının oxunması mərasimi peyğəmbər məscidinin kənarında və Bəqi qəbiristanlığında təşkil olunurdu. Bu il bəzi təhlükəsizlik nigaranlıqlarına görə, bu mərasim iranlı zəvvarların qaldığı otellərdə təşkil olunub.

Vəliyyi Fəqihin Həcc və Ziyarət Məsələləri üzrə nümayəndəsi höccətülislam vəlmüslimin Qazi Əsgər deyib: Hazırda 11 mindən çox iranlı zəvvar Mədinədədir və indiyə qədər 45 min nəfərə viza verilib.

Builki həccin özünəməxsus həssaslığının olduğuna toxunan Qazi Əsgərin sözlərinə görə, Məscidül-Haram və Minada 2015-ci ildə iki dəhşətli hadisə nəticəsində çoxlu sayda iranlının şəhid olduğuna görə və 2016-cı ildə hacıların səfəri üçün yaranan problemlərə görə, biz həcc mərasimində iştirak edə bilmədik. Lakin həccə getməməkdə müdaxiləmiz yox idi, heç vaxt həccin ləğv olunmasını istəməmişik və əgər bu il baş verən ötən il baş versəydi, mütləq həccə səfər edəcəkdik.

Höccətülislam vəlmüslimin Qazi Əsgər İslam İnqilabının Böyük Rəhbərinin buyurduğu kimi, iranlı hacıların izzəti, təhlükəsizliyi, sağlamlığı və hörmətinin hazırkı şəraitdə əsaslı əhəmiyyət kəsb etdiyinə toxunaraq əlavə edib: Ümid edirik ki, ev sahibi ölkə anlaşmalarda qeyd olunan bu hallara xüsusi önəm verəcək və İran xalqı, İslam İnqilabının Böyük Rəhbəri və İran İslam Respublikası quruluşu rəsmilərinin nəzərdə tutduğu prioritetlərə əsasən addımlar atacaq.

Teqlər