İranlı dənizçi mükafatlandırılıb
Avq 09, 2017 12:42 Asia/Baku
Beynəlxalq Dəniz Təşkilatı Şurası İranın "Qol Əfruz" gəmisinin komandanı mərhum kapitan Əmir Conbədə dənizdə şücaət təşəkkürnaməsini verib.
IRIB-nin məlumatına görə, İranın "Qol Əfruz" gəmisinin komandanı mərhum kapitan Əmir Conbəd humanitar bir əməliyyatda Cənubi Afrika sahillərində Braziliyaya doğru hərəkətdə olan Trekker 2 gəmisinin ekipaj üzvlərindən bir neçəsini xilas etmişdi.
Mərhum kapitan Əmir Conbəd bu nicat əməliyyatından üç gün sonra infarkt nəticəsində vəfat edibdir.