Salehi: İran Asiyanın qərbində əsas radio dərman ixracatçısı olur
İranın Atom Enerjisi Təşkilatının sədri İranda radio dərmanların istehsalına 60 milyon avro investisiya qoyulduğunu xatırladıb və deyib: Qarşıdakı 4 ildə İran Asiiyanın qərbində ən əsas radio dərman ixracatçısına çevriləcək.
İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu gün Tehranda müxbirlərə açıqlamasında deyib: İranın Atom Enerjisi Təşkilatının ən əsas prioriteti nüvə sənayesinin bütün sahələrini inkişaf etdirməkdən ibarətdir.
Salehi Rusiyanın əməkdaşlığı ilə Buşehrdə iki Atom Elektrik Stansiyası bölməsinin inşası layihəsinə toxunaraq deyib: Asiyanın qərbində misli olmayan nüvə xəstəxanasının inşası barədə müqavilə də imzalanıb.
Salehi deyib: İranın Atom Enerjisi Təşkilaıtnın fəaliyyətinin yeni mərhələsində istismar, araşdırma və inkişaf, yeni santrifuqa nəsli və radio dərmanlar kimi müxtəlif məsələlər gündəmdədir.