Avq 14, 2017 15:54 Asia/Baku
  • Zərif Hizbullahı təbrik edib
    Zərif Hizbullahı təbrik edib

İranın xarici işlər naziri ayrı-ayrı müraciətlərdə Livanın xarici işlər naziri Cubran Basili və Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahı Livanın 33 günlük müharibədəki qələbəsinin ildönümü günü münasibətilə təbrik edib.

Sionist rejim ordusu ilə Livanın Hizbullah qüvvələri arasındakı 33 günlük müharibə 2006-cı ilin iyulunda başlandı və həmin ilin 14 avqustunda Livan Hizbullahının qələbəsilə başa çatdı. Sionist rejim ağır xəsarət və tələfata düçar olaraq, bu savaşdan geri çəkildi.

IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Livanın xarici işlər naziri Cubran Basilə ünvanladığı müraciətdə belə qeyd edib: Bu böyük qələbə Livan xalqının qəhrəman övladlarının rəşadətləri və canfəşanlıqları, söz birliyi, eləcə də xalq və siyasi qüvvələrin rəhbərləri və bütün tayfaların milli birliyinin nəticəsi olubdur. 

Zərif əlavə edib: 33 günlük müharibədə qələbə Livanın sionist rejimin tamahkarlığı və ekspansianizmi qarşısında daha artıq toxunulmazlığı və qüdrətinə səbəb oldu. 

İranın xarici işlər naziri həmçinin Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullaha ünvanladığı müraciətdə onun mətanəti, eləcə də İslam müqaviməti döyüşçülərinin canfəşanlığı və şəhadətsevər əhval-ruhiyyəsinə, həmçinin Livan xalqının bütün təbəqələrinin müqavimətinə işarə edərək, vurğulayıb: Bu böyük qələbə İslam müqaviməti döyüşçülərinin digər uğurları, o sıradan Ərsaldakı dəyərli qələbəsinin kənarında sionist rejimin regional və beynəlxalq himayədarlarının daha artıq məyus olmalarına zəmin yaradıbdır.

Teqlər