Avq 19, 2017 09:00 Asia/Baku
  • Terrorizm heç bir məzhəb və irqin simvolu deyil
    Terrorizm heç bir məzhəb və irqin simvolu deyil

İranın xarici işlər naziri özünün Tvitter səhifəsində terrorizmə qarşı ikili standartı qınayıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən ABŞ-ın Virciniya şıtatının Şarlotsvil şəhəri və İspaniyanın Barselona şəhərində baş verən irqçi və terrorçu hadisələrə toxunaraq qərbin hərhansı terrorçu hücumun ardınca islamı təhqir etməsini qınayaraq deyib: İrq və məzhəb adına terrorizm, terrorizmdir və heç birini təmsil etmir. 

Ötən həftə Amerikanın Virciniya ştatının Şarlotsvil şəhərində irqçi qrupların bir üzvü avtomobili piyadaların üstünə sürərək bir nəfərin ölümü 19 nəfərin yaralanmasına səbəb oldu. 

Cümə axşamı da İspaniyanın Barselona şəhərinin Las Ramblas məhəlləsində terrorçu İŞİD üzvünün idarə etdiyi avtomobil əhalinin üzərinə sürdü. Bu hadisədə 13 nəfər həlak oldu 100 nəfər yaralandı. 

ABŞ prezidenti Donald Tramp Şarlostsvildə baş verən irqçi hərəkəti könülsüz şəkildə pislədi amma İspaniyanın Barselona şəhərində baş verən terror hadisəsindən dərhal sonra Tvitter səhifəsində bu hücumun amilinin "islam terrorizmi" adlandırdığı bir şey olduğunu bildirib.

Amerikan mediyalara görə, Tramp irqçi qruplar və iofratçı respublikaçıların himayəsini itirməmək üçün irqçi hərəkətləri pisləməkdən çəkinir. 

Teqlər