İİR prezidenti və nazirlər kabineti İmam Xomeyni(r.ə)-in amalları ilə əhd-peymanını təzələyib
İran İslam Respublikası prezidenti nazirlər kabinetinin üzvlərilə yanaşı, İmam Xomeyni(r.ə)-in pak ziyarətgahında olaraq, İran İslam Respublikasının banisinin amalları ilə əhd-peymanlarını təzələyibdir.
İran İslam Respublikası prezidenti Həsən Ruhani 12-ci dövlətin nazirlər kabinetinin üzvlərilə yanaşı, dövlət həftəsinin dördüncü günündə bu gün səhər İmam Xomeyni(r.ə)-in pak ziyarətgahında olubdur. Onlar oraya əklil qoyaraq, fatihə qiraət ediblər, sonra isə İran İslam İnqilabının böyük memarına hörmət əlaməti olaraq, bir daha İmam Xomeyni(r.ə)-in amalları ilə beyətlərini təzələyiblər.
İran İslam Respublikasının prezidenti və nazirlər kabinetinin üzvləri həmçinin fiatihə oxuyaraq, quruluşun məsləhət şurasının mərhum sədri Ayətullah Haşemi Rəfsəncaninin və İslam İnqilabı şəhidlərinin xatirələrini anıblar.
İranın icra hakimiyyətinin başçısı və nazirlər kabinetinin üzvləri habelə şəhidlər Mohəmməd Əli Rəcayi, Mohəmməd Cavad Bahonər və Mohəmməd Hoseyn Beheştinin məzarları üstündə olaraq, fatihə qiraət edib, gül dəstələri qoymaqla bu şəhidlərin yüksək dərəcələrinə hörmət ifadə ediblər.