Qasemi: Myanma hökuməti Ruhinqa müsəlmanlarının hüquqlarının pozulmasına mane olmalıdır
-
Qasemi: Myanma hökuməti Ruhinqa müsəlmanlarının hüquqlarının pozulmasına mane olmalıdır
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ruhinqa müsəlmanlarına qarşı qeyri-insani rəftarların və zorakılıq hallarının artıq intensiv xarakter almasını narahatlıq doğuran amil adlandırıb və deyib: Myanma hökuməti bu ölkə müsəlmanlarının hüquqlarının pozulmasını önləməlidir.
Bəhram Qasemi bazar ertəsi günü Myanmada müsəlmanlara qarşı zorakılıq hallarının davam etməsinə işarə edərək, beynəlxalq səviyyədə tanınmış bir prinsip olaraq insani kəramətə hörmətin edilməsi prinsipi əsasında İran İslam Respublikasının Myanmada müsəlmanların kütləvi şəkildə qırğın edilməsi və ya öz yaşayış yerlərini tərk etməyə məcbur edilmələri məsələsindən nigaran olduğunu bildirib və deyib: Tehran bu xoşagəlməz vəziyyətin davam etməsindən çox narahatdır.
BMT son zamanlar Myanmada yaşayan Ruhinqa müsəlmanlarının vəziyyəti ilə bağlı xəbərdarlıq edərək, bu ölkə müsəlmanlarının çox dəhşətli bir şəraitdə yaşamağa məcbur olduğunu bildirib.