Vilayəti: Amerikalılar İranın hərbi mərkəzlərinə baxış arzularını qəbirə aparacaqlar
Avq 29, 2017 16:43 Asia/Baku
İran islam inqilabının böyük rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: Amerikalılar Əhatəli Müştərək Təşəbbüs Proqramı(ƏMTP) bəhanəsi ilə İranın hərbi mərkəzlərinə baxış keçirmək arzularını qəbirə aparmalı olacaqlar.
Əli Əkbər Vilayəti bu gün Tehranda müxbirlərə deyib: Regionda müqavimətin əsas məhvəri olan İran, amerikalılar və başqalarına İranın həssas və strateji hərbi mərkəzlərinə baxış keçirmək icazəsi verməyəcək.
İslam inqilabının böyük rəbhərinin müşaviri regionda baş verən hadisələrə toxunaraq deyib: Region hadisələri İranın müttəfiqləri və dostlarının ardıcıl qələbələrini göstərir və İran İslam Respublikası müqavimət və müttəfiqlərinə dəstəyini həmişəki kimi davam etdirəcək.