Qurban bayramı namazı xitabətçisi İslam Dünyasının məsələlərinə diqqəti vurğulayıb
Tehranda Qurban bayramı namazı xitabətçisi deyib: İslam Dünyasının məsələ və problemlərinə, eləcə də dünya müsəlmanlarının çətinliklərinə diqqət İbrahim(ə) həcci mərasiminin mövcudluq fəlsəfəsidir.
Ayətullah Mohəmməd Emami Kaşani Tehranda Qurban bayramı namazı xütbələrində həcc mərasiminin fəlsəfəsi, Allah Evinə doğru getmə və dünya müsəlmanlarının Məkkədə bir yerə toplaşmalarını müsəlmanların işlərinə baxılması və İslam ümmətinin dünyada mövcud olan durum qarşısındakı sayıqlığı adlandırıb və belə deyib: Müsəlmanlar öz dövlətləri və islami ölkələrinin başçılarından İslam ümməti arasında təfriqəyə mane olmaları, birlik və təhlükəsizlik yaratmalarını istəməlidirlər.
Ayətullah Emami Kaşani İslam düşmənlərinin, dünya imperializminin və beynəlxalq sionizmin dünyanın müxtəlif nöqtələrində savaş və qan axıdılmasını törətmələrinə işarə edərək söyləyib: İslam dünyasının elitası və bütün islami ölkələrdəki cümə namazı xətibləri həcc mərasimində Fələstin, Yəmən və Suriyadakı mövcud vəziyyətə, İslam Dünyasının problemlərin aradan qaldırılması və təhlükəsizliyin bərqərarındakı maraqlarına diqqət yetirməlidirlər.
Tehranda Qurban bayramı namazı xitabətçisi hazırkı İslam Dünyasının imamətə və vilayəti fəqihə ehtiyaclı olduğunu vurğulayaraq, deyib: İslam Dünyasının bütün məsələlərinə baxılması və ondakı birliyin gücləndirilməsi bir vəzifə və borcdur və bütün islami dövlətlər dünya müsəlmanlarının maraqlarını nəzərdə tutmalıdırlar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei də dünən Beytullahulhəram hacılarına müraciətdə islami ölkələrin başçılarının və İslam Dünyasının bütün elitasının vəzifəsini islami ölkələrdəki kədərli faciələrin tez bir zamanda dayandırılması, xalqların məlumatlandırılmaları və onların arasında birliyin yaradılması adlandırdılar.