Sen 02, 2017 19:47 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran İslam Respublikası xarici işlər naziri Suriyadakı terrorçu qrupların məğlubiyyətə uğramaqda olduqlarını bildirərək deyib: Suriyanın taleyini sadəcə Suriya xalqı təyin edəcək.

İRNA-nın verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif bu gün deyib: İran İslam Respublikası daima bu qənaətdədir ki, Suriya, Yəmən və Bəhreyn xüsusiyyət təşkil etməklə region böhranlarının hərbi həll yolu yoxdur. 

İİR XİN rəhbəri region böhranlarının yeganə həll yolunun siyasi həll yolu olduğunu bildirərək deyib: Xarici ölkələr öz baxışlarını region xalqlarına qəbul etdirə bilməzlər. 

Zərif terrorizmin beynəlxalq problem olduğunu bildirərək deyib: Dünya ölklələri birləşməli və konkret şəkildə terrorizm ilə mübarizə aparmalıdırlar.

Teqlər