Sen 06, 2017 12:18 Asia/Baku
  • Deyruz-Zur mühasirəsinin sonu; Terrorizm qarşısında önəmli qələbə

İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif Suriyanın Deyruz-Zur şəhərinin mühasirəsinin yarılmasını bu ölkə və müqavimət mehvəri üçün önəmli qələbə adlandırıb.

İran xarici işlər naziri əl-Məyadin televiziyası ilə müsahibədə Deyruz-Zur şəhərinin mühasirəsinə üç ildən sonra son qoyulması münasibəti ilə Suriya xalqını təbrik edib və deyib: Bu uğur terrorizm və radikallıq qarşısında önəmli qələbədir. 

Suriya ordusu və müttəfiq qüvvələr çərşənbə axşamı günü Deyruz-Zurda 137-ci qarnizonda yerləşərək bu şəhərin üç illik mühasirəsinə son qoyublar. 

Teqlər