Laricani iraqlı həmkarına başsağlığı verib
İran İslam Şurası Məclisinin sədri Əli Laricani iraqlı həmkarına ünvanladığı müraciətində Zi Qar vilayətinin Nasiriyyə şəhərində terror aktında iranlı zəvvarlar və iraqlı sivillərin şəhid olması ilə bağlı başsağlığı verib və İraq rəsmilrəindən bu məsələni izləmələrini və yaralıların müalicə olunması üçün addımların atılmasını istəyib.
İŞİD terror qruplaşmasının üzvləri cümə axşamı günü Zi Qar vilayətinin mərkəzi olan Nasiriyyə şəhəri yaxınlığında yoxlama-keçid məntəqəsi və Fədək restoranına hücum edib və eyni zamanda bomba quraşdırılmış avtomobili partladıblar. Bu terror aktında azı 50 nəfər həlak olub, 90 nəfər də yaralanıb.
İran İslam Respublikasının Həcc və Ziyarət Təşkilatının bildirdiyinə görə, bu terror aktlarında 8 iranlı zəvvar şəhid olub, 10 nəfər də yaralanıb.