İran Silahlı Qüvvələrinin böyük paradı - Müqəddəs Müdafiə Həftəsinin ilk günündə
Müqəddəs Müdafiə Həftəsinin ilk günündə İran Silahlı Qüvvələri Tehranda İran İslam Respublikasının banisi İmam Xomeyni(rə)-in pak məqbərəsinin kənarında və ölkənin digər şəhərlərində böyük hərbi parad təşkil ediblər.
İran İslam Respublikası prezidenti Həsən Ruhani Tehranda Silahlı Qüvvələrin hərbi paradında çıxış edib. Mərasimdə İran ordusu, İslam İnqilabı Keşikçiləri Korpusu Sepah, hüquq mühafizə qüvvələri, Müdafiə Nazirliyi və Bəsic Təşkilatı komandanları və yüksək səviyyəli rəsmiləri iştirak ediblər.
İran prezidentinin çıxışından sonra İran Silahlı Qüvvələrinin hərbi bölmələrinin parad yürüşü başlanıb. Paradda İran Silahlı Qüvvələrini hərbi qüdrəti və müdafiə potensialının bir hissəsi habelə, hərbi təchizatlar nümayiş etdirilib.
Tehran ilə y anaşı ölkənin digər şəhərlərində də hərbi paradlar təşkil edilib.
Bu gün cümə 22 sentyabr İranda Müqəddəs Müdafiə həftəsinin başlandığı gündür. 37 il öncə belə bir gündə İraqın Bəəs rejimi İrana hücum etmiş və bununla da 8 il davam edən Müqəddəs Müdafiə dövrü başlanmışdı.