Sen 22, 2017 21:27 Asia/Baku
  • Kontr-admiral Fədəvi: Tramp ABŞ ordusu komandanlarının etiraflarına müraciət etsin!

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Dəniz Qoşunları komandanı deyib: ABŞ prezidenti Donadl Tramp yaxşı olar ki, ABŞ ordusu komandanlarının İran ilə qarşıdurma barədə olan etiraflarına müraciət etsin.

Sepah-ın Dəniz Qoşunları komandanı kontr-admiral Əli Fədəvi bu gün Bəndər Abbas liman şəhərində deyib: ABŞ ordusu Dəniz Qoşunları komandanları müxtəlif zamanlarda İran silahlı qüvvələri ilə üzləşməkdən qorxduqlarını etiraf ediblər. 

Əli Fədəvi daha sonra deyib: ABŞ hərbçiləri Hind okeanından keçərək, Fars körfəzinə daxil olduqları zaman, səhvə yol verəcəkləri təqdirdə, onlar üçün cəhənnəmə çevriləcək bir məkana daxil olduqlarını hiss edirlər.

Tramp çərşənbə axşamı BMT Baş Assambleyasında etdiyi çıxışında İranı terrorizmi himayə etməkdə ittiham etmişdi. 

Teqlər