İran İraq coğrafiyasının dəyişdirilməsi ilə heç cür razılaşmayacaq
-
İran İraq coğrafiyasının dəyişdirilməsi ilə heç cür razılaşmayacaq
İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi deyib: İran İraq dövləti, ordusu və bütöv hakimiyyətinə dəstəyini davam etdirəcək və İraq Kürdüstanında referendum, İraqın coğrafiyasının dəyişdirilməsi və bu ölkənin bir hissəsinin ayrılması iranlılar tərəfindən heç cür qəbul edilməyəcək.
İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Tehranda İraq Ordusu Baş Qərargahı rəisi ilə ilk müzakirələrində deyib: İran sadəcə İraqın bütöv və qanuni hakimiyyətini qəbul edir və İranın İraqla müştərək sərhədlərinə nəzarət İran İslam Respublikası və İraqın qanuni dövləti tərəfindən təmin olunacaq.
General Polkovnik Baqiri İran İslam Respublikasının müştərək sərhədlərdə iraqlı partiya və qrupların hakimiyyəti ilə razılaşmadığını və bunu rəmən tanımadığını bildirərək deyib: İraqla müştərək sərhədlərdə yerləşməyə dayir hazırlığımızı İraq ordusunun baş qərargahına bildirdik. General Baqiri deyib: Sabah General Osman Qanimi iki ölkə sərhədlərinin İran tərəfinə baxış keçirəcək və sonra İran və İraq sərhədlərində müştərək yerləşmək taktikaları araşdırılacaq.
General Polkovnik Baqiri sonda İraq ordusu və xalqının ölkənin böyük bir hissəsini təkfirçi İŞİD terrorçularından təmizləməkdəki uğuru münasibəti ilə İraq xalqını təbrik edərək deyib: İran bütöv İraqın hamisidir.