Okt 02, 2017 19:32 Asia/Baku
  • Zərif: İran və Oman səmimi əlaqələrə malikdirlər
    Zərif: İran və Oman səmimi əlaqələrə malikdirlər

İran İslam Respublikasının xarici işlər naziri deyib ki, İran və Omanın siyasi, iqtisadi və regional təhlükəsizlik sahələrindəki əlaqələri səmimidir.

Məhəmməd Cavad Zərif bu gün axşam Maskata səfər kənarında və Oman kralı Sultan Qabusla görüşdən öncə müxbirlər qarşısında iki ölkə əlaqələrini xas adlandırıb və belə əlavə edib: İki ölkənin siyasi, tranzit, energetika, regional dialoqlar və regional təhlükəsizlik sahələrindəki əlaqələri genişdir.

İran İslam Respublikasının xarici işlər naziri söyləyib ki, Omana səfəri zamanı bu ölkənin rəsmilərilə regional olaylar, regionun böhranlı durumu, müxtəlif iqtisadi sahələr və İran qazının Omana köçürülməsi üzrə boru kəməri barədə danışıqlar aparacaq.

Zərif iki ölkə arasındakı yaxşı bank həmkarlıqlarına toxunaraq, deyib: İki ölkə gediş-gəliş, sağlamlıq turizmi, ziyarət turizmi və adi turizm barədə də yaxşı danışıqlar aparıbdır.

İran İslam Respublikasının xarici işlər naziri Omanın İraq Kürdüstanında keçirilmiş separatçılıq referendumu ilə bağlı mövqeyi haqda belə qeyd edib: Omanlılar İran İslam Respublikası ilə tamamilə oxşar mövqeyə malikdirlər. Onlar milli birliyə təkid edən İraqın əsas qanununun birinci maddəsinə riayətə və bu ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması vacibliyinə təkid ediblər.

Zərif Omanın nüvə anlaşmasına riayət vaciblyi barədəki mövqeyini də İranın mövqeyinə oxşar adlandıraraq, deyib: Təqribən bütün ölkələr, o sıradan altılıq qrupu və Avropa İttifaqı ölkələri nüvə anlaşmasına riayət vacibliyinə və onun müzakirəedilməz olmasına dəstək verirlər.

İran İslam Respublikasının xarici işlər naziri bu gün Maskata daxil olaraq, Omanın xarici işlər naziri Yusif bin Ələvi ilə ikitərəfli, regional və beynəlxalq əlaqələr barədə danışıbdır.

Teqlər