Zərif Talibaninin dəfn mərasimində iştirak edib
İranın xarici işlər naziri İraqın keçmiş prezidenti Cəlal Talibaninin Süleymaniyyə şəhərində keçirilən dəfn mərasimində iştirak edib.
Cəlal Talibaninin cənazəsini daşıyan təyyarənin İraqın Süleymaniyyə şəhərinə daxil olması ilə bu iraqlı kürd tarixi şəxsiyyətin dəfn mərasimi rəsmən və xarici rəsmilərin və İraqın dövlət başçılarının, o sıradan İraqın prezidenti Fuad Məsum, rəsmi Bağdadın nümayəndəsi kimi İraqın daxili işlər naziri Qasim Ələrəci və İraq Milli Hikmət Partiyasının sədri Əmmar Həkimin iştirakı ilə başlanıb.
İranın Bağdaddakı səfiri İrəc Məscedi də bu mərasimdə iştirak edib.
Bu mərasimdə iştirak etmək üçün bu gün səhər yüksək səviyyəli bir heyətlə Tehrandan İraqa üçmuş Məhəmməd Cavad Zərif bu gün günorta çağı Süleymaniyyəyə daxil olub və İraq Kürdüstanı məntəqəsinin yerli idarəsinin rəisi Niçrəvan Barizani tərəfindən qarşılanıb.
Cəlal Talibani 1933-cü ildə İraqın Ərbil şhərinin yaxınlığında anadan olub. O, İraqın ilk qeyri-ərəb prezidenti idi ki, 2005-ci ildə, yəni ABŞ-ın İraqa qarşı hərbi hücumundan və Səddam rejiminin devrilməsindən iki il sonra bu vəzifəyə seçilmişdi.
İraqda yeni siyasi quruluşun təşkilindən sonra bu ölkənin vəhdətində mühüm rol oynamış və Səddam diktaturasına qarşı mübarizə aparmış bu lider uzun illər xəstəlikdən əziyyət çəkdikdən sonra çərşənbə axşamı günü 84 yaşında Almaniyada vəfat edibdir.